RU

Prezidentlə milyarderin qarşıdurması qızışır

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Meksika prezidenti Qlaudia Şeynbaum və amerikalı milyarder İlon Mask arasında qarşıdurma davam edir.

Reyting.az xatırladır ki, bir neçə gün əvvəl Meksikada mafiya lideri El Mençonun öldürülməsindən sonra Meksikada artan zorakılıq qlobal xəbərə çevrilib. Bundan sonra milyarder Mask, Şeynbaumun 2025-ci ildə ABŞ-nın narkotik qaçaqmalçılığında şübhəli bilinən qayıqlara qarşı əməliyyatlarını tənqid etməsinə aid olan videonu “X” sosial media platformasında yerləşdirib. Və əlavə edib ki, “Prezident Şeynbaum sadəcə mafiya rəhbərlərinin ondan deməsini istədiyini deyir”.

Bunun ardınca Şeynbaum Maskın sözlərinə reaksiya verib: “Biz bir növ hüquqi tədbiri nəzərdən keçiririk. Vəkillər buna baxırlar”.

Şeynbaum əlavə edib ki, əgər əvvəllər narkotik qaçaqmalçılığı ilə idarə olunan bir hökumət iddiası absurd idisə, indi daha da absurddur.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
38
reyting.az

1Источники