RU

Kiyev şokda: ABŞ-dan Rusiyaya görə Ukraynaya nota 

Bu, Moskvada qələbə kimi qəbul edilir

Donald Tramp administrasiaysı Qara dənizdə Novorossiysk yaxınlığındakı  Rusiya neft obyektinə edilən hücumdan sonra Ukraynaya rəsmi diplomatik demarş (yəni xəbərdarlıq, nota) elan edib.

Ölkə.az  xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina deyib.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti ötən ilin sonunda Ukraynanın Novorossiysk şəhərinə endirdiyi zərbələrin Qazaxıstan vasitəsilə həyata keçirilən Amerika investisiyalarına təsir etdiyini bildirib.

"Dövlət Departamentindən eşitdik ki, Amerika maraqlarına hücum etməkdən çəkinməliyik", - ukraynalı diplomat deyib.

 Stefanişina Ağ Evin bu demarşının Rusiyanın hərbi və ya enerji infrastrukturuna hücumların qadağan edilməsinə deyil, məhz ABŞ-ın iqtisadi maraqlarına aid olduğunu açıqlayıb. "Nəticədə biz bunu nəzərə aldıq", - diplomat vurğulayıb. 

Səfir qeyd edib ki, Dövlət Departamentinin bəyanatında ABŞ-ın hazırda Qazaxıstanda əhəmiyyətli iqtisadi maraqlarının olduğu, lakin Ukraynada yoxdur. " Belə bir vəziyyətə çatmadığımıza görə çox təəssüf edirəm", - o bildirib.

Səfir ABŞ Konqresini Rusiyaya qarşı sanksiyaları gücləndirmək üçün qanunvericilik qəbul etməyə çağırdı və qeyd etdi ki, onun qəbulunun gecikməsi Moskvada qələbə kimi qəbul edilir.
Qeyd edək ki, 2025-ci ilin noyabr ayının sonlarında Ukrayna dronları Novorossiysk limanına hücum edib və  nəticədə limanın infrastruktura, o cümlədən Qazaxıstan neftini Qara dənizə daşıyan əsas boru kəmərinə ziyan dəyib.

Chevron Xəzər Boru Kəməri Konsorsiumunun əsas səhmdarıdır. Hücumdan sonra Qazaxıstan neft ixracı əhəmiyyətli dərəcədə azalıb və bu da Amerikanın iqtisadi maraqlarına təsir edib.

Mürtəza

Избранный
12
1
olke.az

2Источники