RU

Kobaxidzedən Avropa İttifaqına ittiham: “Tamamilə yersizdir”

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

“Rusiya məhsullarının əsas idxalçılarından biri Avropa İttifaqıdır və onlar çox böyük məbləğdə pul ödəyiblər”

“Rusiya məhsullarının əsas idxalçılarından biri Avropa İttifaqıdır və onlar çox böyük məbləğdə pul ödəyiblər. Ona görə də belə bir vaxtda Gürcüstana qarşı bəyanatlar vermək tamamilə yersizdir”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Baş nazir Avropa İttifaqının Rusiyadan milyardlarla dollarlıq məhsul idxal edərək onun Ukraynadakı müharibəsini dolayısı ilə maliyyələşdirməsi ilə bağlı Norveç xarici işlər nazirinin iddiasını xatırladıb.

"Belə bir vaxtda bizə qarşı açıqlamalar vermək tamamilə yersizdir. Bizim milli maraqlarımız var, siyasətimizi milli maraqlara uyğun şəkildə həyata keçiririk və bu səbəbdən sanksiyalar tətbiq olunmayıb. Bunu hamı yaxşı bilir. Onlar heç vaxt açıq şəkildə belə çağırışlara cəsarət etməyiblər, amma indi nədənsə belə açıqlamalar vermək qərarına gəliblər. Əvvəllər gizlətdiklərini indi də açıq şəkildə deyirlər", - Baş nazir vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
2
ayna.az

3Источники