RU

Övladına görə istefa verdi

Dik Advokaat Kürasao yığmasının baş məşqçi vəzifəsindən ayrılıb. O, bu addımı övladına görə atıb.

"Football-plus.az" xəbər verir ki, yerli federasiyanın mətbuat xidmətinin məlumatına görə, təcrübəli mütəxəssisin gedişinə səbəb qızının səhhətində yaranan ciddi problemlərdi. Advokat bundan sonra əsas diqqətini yalnız övladının səhhətinə yönəldəcək. Niderlandlı mütəxəssis jurnalislərə “mən həmişə deyirəm ki, ailə futboldan daha vacibdi, buna görə də bu, təbii qərardı” bildirib.

78 yaşlı məşqçi Kürasao yığmasına 2024-cü ildən rəhbərlik edirdi. Milli komanda onun rəhbərliyi altında bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Kürasao mundialın E qrupunda Almaniya, Kot d’İvuar və Ekvador ilə mübarizə aparacaq.

Избранный
2
1
football-plus.az

4Источники