
2014-cü ildən bəri Rusiyaya qarşı 31 500-dən çox sanksiya tətbiq edilib.
Yeniavaz.com bu barədə RİA Novosti agentliyi ictimaiyyətə açıq olan məlumatlara və “Castellum” analitik portalına istinadla məlumat yayıb.
Məlumata görə, sanksiyaların təxminən 92,5%-i 2022-ci ilin fevral ayından sonra tətbiq edilib. Rusiyaya qarşı sanksiyaların ən böyük hissəsi ABŞ-nin payına düşür - bütün sanksiyaların 23,5%-i (7411 sanksiya).
İlk üçlüyə həmçinin, 12,6% payla Kanada (3980 sanksiya) və 12,2% payla İsveçrə (3851 sanksiya) daxildir.
Onları ilk onluğun daha yeddi üzvü Avropa İttifaqı (10,2%, 3212 sanksiya), Norveç (9%, 2838 sanksiya), Böyük Britaniya (8,1%, 2537 sanksiya), İslandiya (7,9%, 2482 sanksiya), Yeni Zelandiya (6,4%, 2032 sanksiya), Avstraliya (5,4%, 1694 sanksiya) və Yaponiya (4,6%, 1441 sanksiya) izləyir.