RU

Olaf Şolts kitab yazır



Almaniyanın keçmiş kansleri Olaf Şolts xatirələri üzərində kitab yazmağa başlayıb.

Newscenter.az xəbər verir ki, bu barədə Der Spiegel jurnalı yazıb.

"Mən artıq kitab yazmaq üzərində işə başlamışam",-deyə Şolts Alman Tarix Muzeyləri Birliyinin tədbirində bildirib.

Qeyd edək ki, Olaf Şolts 2021-ci ilin dekabrından 2025-ci ilin may ayına qədər Federal Kansler vəzifəsində çalışıb və uzun müddət eyni vəzifədə olmuş Angela Merkeli əvəz edib. Bundan əvvəl siyasətçi Almaniya Sosial Demokrat Partiyasına rəhbərlik edib, Hamburq meri vəzifəsində çalışıb və bir neçə il Merkelin hökumətlərində müxtəlif nazirliklərə rəhbərlik edib.

Anar
Избранный
12
1
newscenter.az

2Источники