RU

Tramp: “Ukraynadakı münaqişəni dayandırmaq üçün intensiv çalışırıq”

ABŞ Prezidenti Donald Trump bildirib ki, ölkəsi Ukraynada davam edən münaqişənin sona çatdırılması istiqamətində fəal və intensiv diplomatik səylər göstərir.

Editor.az xəbər verir ki, Donald Tramp Konqresin birgə iclasında etdiyi ənənəvi “Birliyin Vəziyyəti” çıxışında xarici siyasət gündəliyinə də toxunub.

O, indiyədək səkkiz münaqişənin dayandırılmasına nail olduqlarını iddia edərək qeyd edib: “Rusiya ilə Ukrayna arasında davam edən doqquzuncu müharibəni, bu qırğın və dağıntıları dayandırmaq üçün ciddi səylər göstəririk”.

ABŞ lideri Ukraynaya göndərilən bütün Amerika silahlarının NATO vasitəsilə maliyyələşdirildiyini vurğulayıb: “Ukraynaya çatdırdığımız bütün hərbi təchizat NATO mexanizmləri üzərindən həyata keçirilir və müvafiq ödənişlər tam şəkildə təmin olunur”.

Tramp əlavə edib ki, NATO üzvü olan dövlətlər təşkilatın ümumi büdcəsinə ümumi daxili məhsulun 5 faizi həcmində vəsait ayırmağa razılıq veriblər.

//Gülnarə Abasova, Editor.az

Избранный
1
editor.az

1Источники