RU

Qazaxıstanda qırıcı təyyarə qəzaya uğradı

Qazaxıstanın Karaqanda vilayətində planlı təlim-məşq uçuşu zamanı Su-30SM qırıcı təyyarəsi qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Rəsmi açıqlamaya görə, hadisə fevralın 25-də baş verib. Təyyarənin heyəti vaxtında katapult edərək xilas olub.
 

“Cari ilin 25 fevral tarixində Karaqanda vilayətində planlı təlim-məşq uçuşları zamanı Su-30SM qırıcısı qəzaya uğrayıb. Təyyarənin heyəti vaxtında katapult edib. Pilotlar sağdır, onların həyat və sağlamlığına təhlükə yoxdur. Onlar tibbi mütəxəssislərin nəzarəti altındadır”, – deyə nazirliyin məlumatında bildirilir.


Müdafiə Nazirliyi əlavə edib ki, qəza baş verən ərazi mühafizəyə götürülüb, əhali və infrastruktur obyektləri üçün təhlükə yoxdur.

Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Bizim.Media

Избранный
7
bizim.media

1Источники