RU

Türkmənistandakı səfirliyimiz iftar süfrəsi təşkil edib

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Türkmənistandakı səfirliyi Aşqabadda müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edib.

Hafta.az yazır ki, səfir Qismət Gözəlov iştirakçıları müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib. Səfir çıxışında bu müqəddəs ayın İslam dünyasında mənəvi yenilənmənin, birliyin və qarşılıqlı dəstəyin mühüm simvolu olduğunu bildirib. O, Ramazan ayının xalqlar arasında dostluğun və anlaşmanın möhkəmlənməsinə töhfə verdiyini, eyni zamanda, hər iki ölkədə dini dəyərlərə yüksək hörmətlə yanaşıldığını və bu baxımdan belə tədbirlərin keçirilməsinin mədəni və mənəvi dəyərlərin paylaşılması üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

İftar yeməyində Türkmənistanın Baş müftisi Yalkap Xocaquliyev, eləcə də ölkədə akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri və diplomatları iştirak ediblər.

Tədbir çərçivəsində qonaqlara Azərbaycanın milli mətbəxinin zəngin ənənələrini əks etdirən müxtəlif yeməklər və şirniyyatlar təqdim olunub.

Избранный
40
hafta.az

1Источники