RU

Qubada işəgötürənlər üçün maarifləndirmə tədbiri keçirilib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Qubada işəgötürənlər üçün “Analığın mühafizəsi, qadınların əmək hüquqları, gender bərabərliyi” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri təşkil olunub.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzinin və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Quba rayon təşkilatının nümayəndələri, həmçinin Quba-Xaçmaz regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektoru təmsil edən müəssisə və təşkilatların 60-a yaxın nümayəndəsi iştirak edib.

Çıxışlarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi diqqətə çatdırılıb. İşçi hüquqlarının qorunması, qadınların əmək hüquqları, analığın mühafizəsi və gender bərabərliyinin təmin edilməsi məsələləri müzakirə olunub, qeyri-formal məşğulluğa qarşı mübarizədə qadınların məlumatlılığının artırılmasının önəmi qeyd edilib.

Eyni zamanda, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və bu sahədə görülən işlər barədə məlumat verilib, müəssisələrdə əməyin mühafizəsi üzrə norma və standartların tətbiqinə göstərilən dəstək, eləcə də yeni qəbul edilmiş tələblər iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
1
azertag.az

2Источники