Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Fevralın 24-də Tehran başda olmaqla, bir neçə şəhərin 17 universitetində tələbələr etiraz aksiyaları keçiriblər.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Tələbə Hərəkatına bağlı sosial media şəbəkəsində məlumat yayılıb.
Etirazçı tələbələr “Diktatora ölüm”, “Məhbus tələbələrə azadlıq”, “Tələbə ölər, alçalmağı qəbul etməz” və başqa bu kimi şüarlar səsləndiriblər.
Hökumətə bağlı radikal qruplaşma üzvlərinin hücumu nəticəsində bir neçə tələbənin yaralandığı bildirilib.
Qeyd edək ki, Tehran və Məşhəd şəhərlərinin universitetlərində yeni etiraz aksiyaları fevralın 21-dən başlayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.