BAKI, TurkicWorld
2026-cı ilin yanvar ayında əlilliyə görə pensiya, aylıq müavinət və Prezident təqaüdü alan şəxslərin sayı məlum olub.
TurkicWorld xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Cari ilin yanvar ayı ərzində əlilliyə görə 251 001 nəfər şəxs pensiya, 227 198 nəfər şəxs aylıq müavinət, 92 643 nəfər şəxs isə Prezident təqaüdü alıb.
Məlumata əsasən, sosial təminat sisteminin əhatə dairəsi əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və dövlət tərəfindən dəstəyin davamlı şəkildə həyata keçirilməsinə yönəlib.