
İran və ABŞ 26 fevralda Cenevrədə nüvə danışıqlarının üçüncü mərhələsini keçirəcəklər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası hökumətinin rəsmi nümayəndəsi Fatimə Mühacirani bildirib.
"Danışıqlar sabah Cenevrədə keçiriləcək", - Mühacirani brifinqdə bildirib. Onun sözlərinə görə, İran Xarici İşlər Nazirliyinin nümayəndələri məsləhətləşmələrin gedişi barədə məlumat verəcəklər.
Məryəm Quliyeva