Çinli rəhbər işçilərinə 26 milyon dollar nağd pul paylayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çin KİV-ləri məlumat yayıb.
Çinin “Henan Kuangshan Crane” şirkətinin rəhbəri ənənəvi olaraq Çin Yeni ili şərəfinə təşkil edilən korporativ tədbirdə işçilərinə böyük məbləğdə nağd pul paylayıb.
Bu il paylanılan ümumi məbləğ rekord həddə — 26 milyon dollara (təxminən 44 milyon 200 min manat) çatıb.
Məlumata görə, şirkətin 7 000 əməkdaşının hər biri bu mükafatlandırma prosesində iştirak edib.
Qaydalara əsasən, işçilər masanın üzərinə yığılmış pullardan öz əlləri ilə nə qədər götürüb apara bilirlərsə, həmin məbləğ də onlara çatır.
Şirkət rəhbəri qeyd edib ki, bu addımı ilə tabeliyində olan şəxslərin maliyyə çətinliklərini həll etməyə və onlara dəstək olmağa çalışır.
Qeyd edək ki, bu cür səxavətli aksiya sözügedən müəssisədə artıq hər il keçirilən bir ənənəyə çevrilib.
Xuraman Etibarlı
İnterpress.az