RU

Növbəti köç karvanı Horovlu kəndinə çatdı, açarlar təqdim olundu - FOTO

Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar sakinlərə təqdim edilib.
 
Moderator.az xəbər verir ki, öncə ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Onlara tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.
 
Qeyd edək ki, bu gün 30 ailə olmaqla, 115 nəfər doğma yurda qayıdıb.
Избранный
17
2
moderator.az

10Источники