RU

Merkuri BOKT un istiqrazlarına 50 investor maraq göstərib

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Merkuri" ASC bank olmayan kredit təşkilatı (BOKT) 1,1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 50 manat olan 22 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlara 50 investor 1,1 milyon manatlıq 50 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 17 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, "Merkuri" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 333 260 manatdır. BOKT-un səhmdarları hər biri 50% payla Məmməd Məmmədov və Səbuhi Əzizovdur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
1
cebheinfo.az

2Источники