RU

Niderland və İran arasında gərginlik: Diplomatın çantası əlindən alındı, səfir XİN-ə çağırıldı

Niderland hökuməti Tehranda hava limanında öz diplomatının baqajının müsadirə edilməsi ilə bağlı İran səfirini Xarici İşlər Nazirliyinə çağıraraq etirazını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Niderland Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, 28 yanvar 2026-cı il tarixində İran tərəfi diplomatik insident yaradaraq niderlandlı diplomatı Tehranın hava limanında diplomatik baqajını təhvil verməyə məcbur edib.

“Bu, qəbuledilməzdir”, – deyə bəyanatda vurğulanıb.

Nazirlik həmçinin bildirib ki, müsadirə olunmuş əşyaların dərhal geri qaytarılması üçün İran tərəfinə dəfələrlə müraciət edilib. Lakin əlavə təfərrüatlar açıqlanmayıb.

Məlumata görə, İranın insidentlə bağlı videogörüntüləri internetdə yayımlamasından sonra səfir XİN-ə çağırılıb.
İran tərəfi isə iddia edir ki, niderlandlı diplomat İrana peyk telefonu və Starlink modemini keçirməyə cəhd göstərib.

ISNA agentliyinin məlumatına görə, diplomatın çamadanı hava limanında rentgen (introskop) yoxlamasından keçirməkdən imtina edildiyi üçün müsadirə olunub.

Xatırladaq ki, İranda son anti-hökumət etirazları zamanı Starlink terminallarından müxalifət nümayəndələri fəaliyyətlərini koordinasiya etmək üçün istifadə ediediblə

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
17
konkret.az

1Источники