RU

Üzərlik sakitləşdirir, yoxsa narkotik təsiri göstərir? Professordan AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Səhiyyə Nazirliyinin yaydığı məlumata görə üzərlik bitkisinin tərkibində harmin, harmalin, harmanol, tetrahidroharmin kimi alkaloidlər mövcuddur.

Redaktor.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd etdi ki, üzərlik bitkisinin latınca adında da harmola termini var:

"Bunlar harmalin, harmanol və s. kimi güclü alkaloidlərdir ki, onların üzərliyin tərkibində olduğu sübut edilib, kimyəvi tərkibi aydındır. Aydın olub ki, bu alkaloidlər baş beyində serotonin, dopamin kimi neyrotransmitterlərin, yəni sinir ötürücülərinin parçalanmasını ləngidir və nəticədə onların aşırı konsentrasiyası beyində yığılır və bu da beyində müəyyən narkotik effekt yaradır".

Professor vurğuladı ki, ölkədən xaricə çıxarılması və müxtəlif məqsədlər üçün istifadəsi riskli olduğuna görə, Rusiyanın özündə də bu narkotik maddə kimi qeydə alınıb, ona görə də qadağan olunub:

"Mən düşünürəm ki, üzərliyin yanması zamanı tüstüdə əmələ gələn bəzi alkaloidlərin insana müəyyən təsiri ola bilər. Bu təsir psixoloji baxımdan sakitləşdirici effekt yarada bilər. Lakin bunun belə olmaması da mümkündür. Hər halda hesab edirəm ki, üzərlik bitkisinin fövqəladə gücü, mistik təsəvvürlərlə işlədilməsinin heç bir elmi əsası yoxdur".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
redaktor.az

2Источники