Almaniyanın “Hoffenhaym” klubunun müdafiəçisi Ozan Kabak karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Barselona” 25 yaşlı futbolçu ilə maraqlanır. Baş məşqçi Hans Flik türkiyəli müdafiəçinin oyununu bəyənir və klub yayda azad agent olacaq oyunçu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, müdafiəçi bu mövsüm 15 matçda 4 qol vurub.