RU

Orban: Macarıstan enerji obyektlərini Ukrayna hücumlarından qoruyacaq



Macarıstan enerji obyektlərinin Ukraynanın mümkün hücumlarından hərbi şəkildə qorunmasını təmin edəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Macarıstanın baş naziri Viktor Orban ölkənin Müdafiə Şurasının iclasından sonra deyib.

O, Ukraynanın Macarıstanın enerji təhlükəsizliyini pozmaq cəhdlərinə cavab olaraq, mühüm enerji infrastrukturunun gücləndirilmiş vəziyyətdə qorunmasını tapşırıb.

“Bu o deməkdir ki, hücumları dəf etmək üçün lazım olan hərbi hissələr və avadanlıqlar mühüm enerji obyektlərinin yaxınlığında yerləşdiriləcək. Polis müəyyən elektrik stansiyaları, paylama stansiyaları və idarəetmə mərkəzləri yaxınlığında gücləndirilmiş patrul xidməti həyata keçirəcək. Ölkənin şimal-şərqindəki Şabolç-Şatmar-Bereq bölgəsində pilotsuz təyyarələrin uçuşuna qadağa qoyulub”, - deyə Orban bildirib.

Anar
Избранный
27
2
newscenter.az

3Источники