Rusiya: Ukrayna pilotsuz təyyarəsinin hücumu nəticəsində 4 nəfər həlak olub
7News.az xəbər verir ki, Rusiyanın Smolensk vilayətinin qubernatoru Vasiliy Anohin Ukrayna ordusunun bölgəyə pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək təşkil etdiyi hücumda 4 nəfərin öldüyünü bildirib. Rusiya Müdafiə Nazirliyi gecə ərzində 69 Ukrayna PUA-nın Rusiyanın müxtəlif bölgələri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.