RU

"Budo/Qlimt"ə məğlubiyyətdən sonra "İnter" baş məşqçisi ilə yola davam etmək qərarını verdi

BAKI, 25 fevral. TELEQRAF

Rumıniyalı mütəxəssis Kristian Kivu “İnter”lə müqaviləsini 2028-ci ilə qədər uzadacaq.

Teleqraf xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira X sosial şəbəkəsində məlumat yayıb.

Yeni anlaşmada daha bir il artırmaq imkanı da olacaq. 45 yaşlı mütəxəssisin maaşı da artırılacaq.

Qeyd edək ki, Kristian Kivu “İnter”in "sükanı arxası"na 2025-ci ilin iyununda keçib. Dünən Milan təmsilçisi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Norveçin “Budo/Qlimt” klubuna məğlub olaraq turnirdə mübarizəni dayandırıblar.

Избранный
21
teleqraf.com

1Источники