RU

İntizamsızlığına görə klubdan göndərildi - 12 matç, 4 qırmızı vərəqə

style='margin-bottom:10px;'>

Türkiyənin 1-ci liqa təmsilçisi "Sakaryaspor"da gözlənilən ayrılıq rəsmiləşib. 

QOL.az xəbər verir ki, mövsümə çempionluq hədəfi ilə başlayan, lakin son turlarda liqada qalmaq uğrunda mübarizə aparan "yaşıl-qaralar" təcrübəli müdafiəçi Caner Erkin ilə yollarını ayırıb.

Mövsümün əvvəlində böyük ümidlərlə heyətə qatılan 37 yaşlı sol cinah oyunçusunun Sakaryadakı karyerası qısa sürüb. Təcrübəli futbolçunun ayrılığının əsas səbəbi kimi onun nizam-intizam qaydalarını pozması göstərilir. 

Qeyd edək ki, Caner Erkin "Sakaryaspor" forması ilə çıxdığı 12 matçda 4 dəfə qırmızı vərəqə alaraq komandasını vacib oyunlarda komandasını azlıqda qoyub.

Избранный
31
3
teleqraf.com

4Источники