Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 25 fevral, AZƏRTAC
Moldovada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları 61-ci dəqiqədə Nicat Nərimanov və 82-ci dəqiqədə İbrahim Babayev vurublar.
Qeyd edək ki, bu komandalar arasında fevralın 27-də ikinci yoxlama oyunu təşkil olunacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.