Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları nadir bir məməlinin bitki mənşəli şorbada bişirilmiş ətinin olduğu qablar aşkar ediblər.
QHT.az xəbər verir ki, Malayziyanın Sabah ştatında yerləşən turizm kurortunda hüquq-mühafizə orqanları tərəfindən aparılan reyd zamanı tam qorunan Yava panqolininin əti aşkar edilib. Məlumata görə, nadir heyvanın əti turistlərə “ekzotik” yemək kimi təqdim olunub. Basqın zamanı canlı panqolin və onun ətindən hazırlanmış yeməklər müsadirə edilib, üç nəfər saxlanılıb.
Yava panqolini kritik dərəcədə nəsli kəsilməkdə olan növ hesab olunur və onun ovlanması, satışı və istehlakı qadağandır. Qanunu pozan şəxsləri 50 min manatdan 250 min manata qədər cərimə və 5 ilə qədər həbs cəzası gözləyir. Rəsmilər qorunan növlərlə bağlı qanun pozuntularına qarşı sərt tədbirlərin davam etdiriləcəyini bildiriblər.
R.İmanov