RU

Paşinyan buranı Türkiyə və Azərbaycana verəcək Rus politoloq

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yolları infrastrukturunu Türkiyə və ya Azərbaycana təhvil verə bilər”.

Globalinfo.az bildirir ki, bunu rusiyalı politoloq Andrey Areşev deyib.

Onun sözlərinə görə Paşinyan Çin, Qazaxıstan və Omandan bəhs edərkən bu tip proseslərin daha iki iştirakçısını – Türkiyə və Azərbaycanı da nəzərdə tutur:

“Axı biz çox yaxşı başa düşürük ki, söhbət Yerasx bölgəsində Ermənistanın Naxçıvanla sərhədinin və Şirak bölgəsində Ermənistan-Türkiyə sərhədinin açılmasından gedir. Yeri gəlmişkən, Rusiya Federasiyası heç vaxt buna etiraz etməyib. Ümumiyyətlə TRIPP layihəsinin keçəcəyi ərazi ABŞ ilə qarşıdurma məkanı ola, həmçinin Çin, İran və digər ölkələrlə bağlı problemlər yarada bilər.

Bu layihə Türkiyəni Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya ilə birləşdirmək məqsədi daşıyır. Amerikalılar daha çox bu yolun nadir torpaq metalları ixracı və tranziti üçün istifadə oluna biləcəyini vurğulayırlar”.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
globalinfo.az

1Источники