RU

Erməni nazir: Azərbaycan benzini qurtaran kimi qiymətlər bahalaşır

 “430 dram dəyərində olan Azərbaycan benzini tez satılır. Nə qədər çox alsaq, bir o qədər tez satılır. Azərbaycan benzini qurtaran kimi digər benzinlərin qiyməti yenidən qalxır”.

 Ölkə.az  xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
Erməni nazirin sözlərinə görə, əhalimizin həmişə bol miqdarda əlverişli benzinə sahib olması üçün çoxlu sayda Azərbaycan benzini almalıyıq. “Hər 10 litr benzin istehlak etdikdə, bir nəfər 750 dram və ya daha çox qənaət edir", - o qeyd edib.

Papoyan bildirib ki, Azərbaycan Ermənistana ixrac edə biləcəyi bir çox malların siyahısını təqdim edib. O əlavə edib ki, Ermənistan da eyni şeyi edib. "Lakin hələlik əhəmiyyətli rəqabət üstünlükləri yoxdur.

Əlbəttə ki, müxtəlif psixoloji problemlər var, amma bu, davam edəcək bir prosesdir və ticarət də davam edəcək. Əminəm ki, ikitərəfli ticarət potensialı yüz milyonlarla dollardır, amma bu, vaxt aparacaq", - Papoyan vurğulayıb.

Mürtəza

Избранный
10
2
olke.az

3Источники