Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Moldovada keçirdiyi ilk yoxlama oyununda qələbə qazanıb.
Apasport.az xəbər verir ki, U-19 hazırlıq prosesi çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gəlib.
Vadul lui Voda şəhərindəki Texniki Mərkəzdə baş tutan qarşılaşma millimizin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Komandanın qollarını Nicat Nərimanov (61-ci dəqiqə) və İbrahim Babayev (82-ci dəqiqə) rəqib qapısından keçiriblər.
Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu fevralın 27-də keçiriləcək.
"Nyukasl"da 3 itki: "QARABAĞ"A QARŞI OYNAMAYACAQLAR
"Qarabağ" möcüzəyə imza atacaq? - DAHA ƏVVƏL EDƏNLƏR
Eddi Hou: “Qarabağ”la oyunda qələbə qazanmaq lazımdır”
“Benfika”nın futbolçusu “Real”la matçı buraxacaq - Vinisiusa görə
"Yuventus" - "Qalatasaray" matçını bu hakim idarə edəcək