RU

Rəşid Behbudov rəhmətə getməsəydi, ailə qurmazdım

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Əməkdar artist Almaz Ələsgərli səmimi etirafı ilə diqqət çəkib. Sənətçi yaradıcılığının ilk illərindən və fəaliyyət göstərdiyi dövrdə qarşılaşdığı çətinliklərdən danışıb.Demokrat.az milli.az-a istinadla xəbər verir ki, müğənninin sözlərinə görə Rəşid Behbudov adına Mahnı Teatrında çalışmaq həmin illərdə hər kəsə nəsib olmurdu."Bu çox çətin idi və böyük məsuliyyət tələb edirdi. O zaman Rəşid Behbudovun teatrında işləmək mümkünsüz kimi görünürdü, sanki 'yeddi başın' olmalı idi. Amma mən qəbul olundum və 2-3 il orada çalışdım".Sənətçi qeyd edib ki, teatrla yolları görkəmli sənətkar Rəşid Behbudovun vəfatından sonra ayrılıb. Bu qərarın əsas səbəbi isə şəxsi həyatı ilə bağlı olub."O rəhmətə getdikdən sonra işdən çıxdım. Səbəb ailə qurmağım idi. Bəlkə də Rəşid Behbudov vəfat etməsəydi, ailə qurmazdım, teatrda qalardım", - deyə müğənni səmimi şəkildə etiraf edib.Həmçinin oxu:

Kimin evində varsa, bəxti gətirdi — 3000 manata alırlar

Robot tozsoranla oynayarkən bilmədən 24 ölkədəki minlərlə ailənin canlı görüntülərini gördü

Əvvəllər əsgərlərə cəsarət versin deyə yedirirdilər — Yenidən satışdadırDemokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
demokrat.az

1Источники