RU

İranın ABŞ-ı vura bilən raketləri var – ABŞ Prezidenti Donald Tramp

İran ABŞ-a hücum etmək üçün uzun mənzilli raketlər hazırlayıb.

Editor.az bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp bunu Ağ Evin YouTube-da yayımladığı illik “Birlik Vəziyyəti” çıxışında açıqlayıb. “Onlar artıq Avropanı və xarici bazalarımızı təhdid edə biləcək raketlər hazırlayıblar. İndi isə tezliklə ABŞ-a çata biləcək raketlər üzərində işləyirlər”, – deyə Tramp bildirib.
Trampın sözlərinə görə, Tehran raket istehsal etmək qabiliyyətini bərpa etmək üçün çalışır. “Onlara xəbərdarlıq edilib: silah proqramını, xüsusən də nüvə proqramını canlandırmaq cəhdləri olmamalıdır.

Buna baxmayaraq, onlar davam edirlər, hər şeyə yenidən başlayırlar… Mənim seçimim bu məsələni diplomatik yolla həll etməkdir, amma bir şey dəqiqdir: Mən heç vaxt dünyanın aparıcı terrorizm sponsorunun nüvə silahına sahib olmasına icazə verməyəcəyəm. Buna icazə verilə bilməz”, – deyə Ağ Ev rəhbəri yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az

Избранный
12
editor.az

1Источники