RU

Qəbələdə yol qəzası baş verib, sürücü ölüb

Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, bu gün saat 18 radələrində Qəbələ rayonunun Məmmədağalı kəndi ərazisində “Ford” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü, 24 yaşlı Nuran Muradasılov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğuya cavab olaraq bildirilib ki, ərazi üzrə polis orqanında faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Избранный
14
2
apa.az

10Источники