RU

Cənubi Koreyada F 16 təyyarəsi qəzaya uğrayıb

ain.az bildirir, Azertag portalına istinadən.

Pekin, 25 fevral, AZƏRTAC

Cənubi Koreya hərbi hava qüvvələrinə məxsus F-16C qırıcı təyyarəsi Şimali Kyonsan əyalətinin Yonqcu şəhəri yaxınlığında qəzaya uğrayıb.

AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, qəza yerli vaxtla saat 19:30 radələrində (Bakı vaxtı ilə 14:30) təlim uçuşu zamanı baş verib. Pilot təhlükəsiz şəkildə katapult edib. Təyyarə dağlıq əraziyə düşüb, mülki şəxslərə ziyan dəyməyib. Xilasedicilər qəzadan təxminən 40 dəqiqə sonra pilotu 20 metr hündürlükdə bir ağaca ilişib qalmış vəziyyətdə tapıblar. O, xəstəxanaya aparılıb və vəziyyətinin yaxşı olduğu bildirilir.

Qəzadan sonra yaranan meşə yanğını söndürülüb.

Hərbi hava qüvvələri qəzanın dəqiq səbəbini müəyyən etmək üçün xüsusi qrup yaradıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
10
azertag.az

10Источники