RU

Xəzər TV-nin adından istifadə edən şəxs ifşa olunduVİDEO

Özünü televizyada layihə rəhbəri kimi təqdim edib, sahibkarlıqla məşğul olan şəxslərdən pul alan şəxs ifşa olunub.

Xezerxeber.az-ın məlumatına görə, 34 yaşlı Şəhriyar Həsənzadənin özünü Xəzər Televiziyasının əməkdaşı kimi qələmə verib, müxtəlif müəssisə və obyektlərdən pul tələb etməsi ilə bağlı daxil olan şikayətlər əsasında Lənkəran şəhəri ərazisində saxlanıb.

Araşdırmalarla müəyyən olunub ki, o, müəssisə və təşkilatların məsul şəxsləri ilə əlaqə saxlayaraq guya onların işgüzar nüfuzuna xələl gətirən reportaj hazırladığını bildirib, həmin materialların Xəzər TV-də  və sosial şəbəkələrdə yayımlanmaması müqabilində müxtəlif məbləğlərdə pul tələb edib. Bunu sübut edən yazışmalar da var. Belə müraciətlərlə bağlı polislə yanaşı, elə Xəzər TV-yə də mütəmadi müraciətlər olurdu.

Saxlanılan Şəhriyar Həsənzadə bütün danışıqlarını vatsap üzərindən aparıb və şübhə yaranmasın deyə profil fotosuna da Xəzər TV-nin loqosunu qoyub. O, “Xəzər Xəbər”in həqiqi əməkdaşlarının sosial şəbəkə hesablarındakı şəkilləri də endirərək votsap profilində istifadə edib.

Onun hədəfində əsasən kiçik və orta sahibkarlıqla məşğul olan şəxslər olub. Hətta onları hədələyib ki, pul verməsələr dövlət idarələrinin əməkdaşları ilə birlikdə obyektlərində yoxlama aparacaqlar.

Araşdırmalarla o da məlum olub ki, Şəhriyar Həsənzadə belə əməlləri paytaxtla yanaşı, bölgələrdə də edib. Dindirmə zamanı Şəhriyar Həsənzadə onu da bildirdib ki, heç bir obyektə getməyib, amma həmin sahibkarlarla yalnız telefon vasitəsi ilə əlaqə saxlayıb və pul almaq məqamında isə kart hesabını göndərib.

Şəhriyar Həsənzadənin qanunsuz hərəkətləri ilə bağlı araşdırmalar davam etdirilir. Polis vətəndaşlardan belə fırıldaqçılarla rastlaşdıqda, onların tələsinə düşməməyi, ilk olaraq hüquq-mühafizə orqanlarına məlumat vermələrini bildirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
34
xezerxeber.az

1Источники