RU

Okan Buruk ''Yuventus''la cavab oyunu öncəsi nələr dedi?

''Qalatasaray''ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının pley-offunda ''Yuventus''la cavab oyunu öncəsi mətbuat konfransında acıqlamalar verib.

Xatırladaq ki, İstanbuldakı ilk görüşdə Türkiyə çempionu 5:2 hesabı ilə qalib gəlib. 52 yaşlı mütəxəssis superliqanın son matçını buraxan Viktor Osimhenin durumu barədə də məlumat verib:

''Osimhen son iki gündə komanda ilə birlikdə məşqə çıxıb. Oynaya biləcək durumdadı. Bizim üçün çox dəyərli futbolçudu. Təkcə qol silahı kimi yox, komanda oyunçusu kimi də önəmli işlər görür. Komandanı hər zaman irəli daşıyır. İlk oyunda qol vurmasa da, 3 qolda böyük pay sahibi oldu. Sara oyunun ən yaxşısı seçilsə də, zənnimcə Osimhen də matçın ulduzlarından idi. O da, Barış Alpər Yılmaz da oyuna damğa vurdu. Çox önəmli iki hücumçumuz. Bir çox klublar oynatmağa heç bir hücumçu da tapmır. Amma bizdə iki dünya ulduzu var. Türkiyə futbolu üçün mühüm qarşılaşmalardan birinə çıxacağıq. Hədəfimiz həm ölkə reytinqinə xallar qazandırmaq, həm də mərhələni adlamaqdı. İlk matçı unutmuşuq. Qarşıdakı oyuna sanki ilk matç kimi çıxacağıq. Təbii ki, 3 topluq üstünlük önəmli məqamdı. Amma bunun bizim konsentrasiyamıza təsir etməsinə imkan verməməliyik. Cavab oyunu olmadan mərhələni keçdiyimizi söyləyə bilmərik. Matçın önəminin fərqindəyik. Özümüzə güvənirik. Amma diqqətli olmalıyıq. Komanda şəklində ən yaxşı oyunumuzu sərgiləməliyik. Əks halda hətta birinci oyunun nəticəsinə baxmayaraq ciddi problemlər yaşaya bilərik''.
Избранный
33
football-plus.az

1Источники