Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.
Moderator.az xəbər verir ki, Akif Çağatay Kılıç bu barədə "X" sosial şəbəkə hesabında payaşım edib.
"Görüş zamanı Türkiyə-Rusiya ikitərəfli münasibətləri, Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olunmasına yönəlmiş normallaşma prosesi və Cənubi Qafqazdakı son hadisələri müzakirə etdik", - deyə o, paylaşımda yazıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.