RU

Vens hədələdi: Bu halda İrana qarşı müharibə başlayacaq

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ İranın nüvə proqramı ilə bağlı diplomatik həllə üstünlük versə də, hərbi variantı da istisna etmir.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Fox News telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır. Vens qeyd edib ki, hazırda tərəflər arasında növbəti diplomatik danışıqlar mərhələsi keçirilir və ABŞ sülh yolu ilə razılaşmaya nail olmağa çalışır. Bununla belə, o vurğulayıb ki, əgər diplomatiya nəticə verməzsə, prezidentin hərbi gücdən istifadə etmək səlahiyyəti də mövcuddur.

“Prezident yekun qərarı İranın addımlarını nəzərə alaraq verəcək. Ümid edirik ki, hərbi müdaxiləyə ehtiyac qalmayacaq”, –  vitse-prezident bildirib.

Bu arada İran tərəfi raket proqramı ilə bağlı iddialara cavab verib. İranın xarici işlər naziri Abbas Əraqçi “India Today” nəşrinə müsahibəsində bildirib ki, Tehran ballistik raketlərin uçuş məsafəsini qəsdən 2 min kilometrlə məhdudlaşdırıb.

Nazir ABŞ prezidenti Donald Trampın İran raketlərinin ABŞ ərazisinə çata biləcəyi barədə açıqlamalarını tənqid edərək bunun saxta xəbərlərin təsiri olduğunu deyib. Onun sözlərinə görə, İran belə raketlər hazırlamır və mövcud raket proqramı yalnız müdafiə məqsədi daşıyır.

Əraqçi qeyd edib ki, Tehran bu silahları çəkindirmə vasitəsi kimi qiymətləndirir və bunu özünümüdafiə hüququ çərçivəsində qanuni hesab edir. ABŞ isə İranın raket və nüvə fəaliyyətinin regionda təhlükəsizlik risklərini artırdığını bildirir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
44
globalinfo.az

1Источники