RU

İran rəsmiləri Xameneinin sığınacağına gözləri bağlı aparılır – “Iran International”

İran rəsmiləri Xameneinin sığınacağına gözləri bağlı aparılır.

İnterpress.az xəbər verir ki, bu barədə “Iran International” telekanalı məlumat yayıb.

ABŞ-nin İrana qarşı mümkün hərbi zərbələri ilə bağlı yaranan yüksək gərginlik fonunda İslam Respublikasında fövqəladə təhlükəsizlik tədbirləri tətbiq olunur.

Məlumata görə, ölkənin Ali lideri Ayətullah Əli Xamenei ilə görüşmək istəyən hökumət rəsmiləri onun sığınacağına gözləri bağlı vəziyyətdə gətirilir.

Bildirilir ki, bu addım məxfi sığınacağın yerinin ifşa olunmasının qarşısını almaq məqsədi daşıyır.

SEPAH üzvlərindən birinin verdiyi məlumata görə, İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də bu yaxınlarda Xameneinin sığınacağına gözləri bağlı şəkildə aparılan rəsmilər arasında olub.

Mənbələr həmçinin qeyd edir ki, Ali lider gizli məkanda olduğu müddətdə onun ofisindəki gündəlik işlərə oğlu Məsud Xamenei nəzarət edir.

Digər oğlu Müctəba Xamenei isə dövlət rəsmiləri ilə birbaşa əlaqələrin saxlanılmasına cavabdehdir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
40
interpress.az

1Источники