RU

Taksilərlə bağlı narazılıqlar bitmir İndi də sürücü tapılmır

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxt yollarında taksi tapmaq əsl sınağa çevrilib. Sürücülər üçün tətbiq edilən yeni imtahanlar və müəyyən limitlər xidmət sahəsində ciddi narazılıq yaradıb. Qiymətlərin artması ilə yanaşı, avtomobil gözləmə müddətinin uzanması sərnişinlərin də gündəlik planlarını pozur. Bu problemin kökündə dayanan səbəblər və çıxış yolları axtarılır.Nəqliyyat eksperti Aslan Əsədov məsələ ilə bağlı Demokrat.az-a bildirib ki, problemin həlli üçün limiti artırmaq və əlaqələri genişləndirmək vacibdir. Ekspertin fikrincə, sistemin işlək olması üçün ilk növbədə infrastrukturun əlçatanlığı təmin edilməlidir.“Baza sistemi daha mütəşəkkil və əlçatan edilməli, cəmiyyətə açıq şəkildə təqdim olunmalıdır. Burada “cəmiyyət” dedikdə mən şirkətləri nəzərdə tuturam ki, ümumi bazadan sürücü əlçatanlığı təmin olunsun və yeni avtomobillərin gətirilməsi üçün proqramların dəstəklənməsi təmin edilsin”.Ekspert hesab edir ki, dövlət mexanizmi birbaşa dəstəkləməsə, fərdi təşəbbüslərlə bu çətinliyi aşmaq mümkün olmayacaq. Sahibkarların atdığı addımlar müəyyən qədər təsir göstərsə də, əsas tənzimləyici xətt rəsmi qurumlar tərəfindən müəyyən edilməlidir."Dövlətin zəhməti və dəstəyi əsas rol oynayır. Sahibkarlar bu sahədə müəyyən addımlar ata bilər, müəyyən işlər görə bilər, amma əsas xətti dövlət qurumları və təşkilatları müəyyən etməli və dəstək olmalıdır. Başqa variantı real görmürəm. Hər bir mexanizm incəliyinə qədər hesablanmalı, proqramların həlli üçün metodoloji yanaşma əsas götürülməlidir. Mən düşünmürəm ki, məsələlər özü-özlüyündə həllini tapsın, xüsusən taksilərin gec gəlməsinin əsas səbəbi aqreqator tərəfindən idarə olunan sistemlərin vaxtında təmin edilməməsidir".Görünən odur ki, taksi xidmətindəki mövcud böhran yalnız sürücü sayının azlığı ilə bağlı deyil. Burada həm texniki idarəetmə, həm də dövlət tərəfindən tətbiq edilən yeni qaydaların tənzimlənməsi prosesi önə çıxır. Planlı yanaşma və metodoloji dəstək olmasa, həm sürücülərin, həm də sərnişinlərin işi çətinləşməkdə davam edəcək.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
demokrat.az

1Источники