RU

Altı ay sonra üç ölkədə rejim dəyişir ABŞ siyahını açıqladı

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ senatoru Ted Kruz "CNBC" telekanalına müsahibəsində diqqətçəkən açıqlamalarla çıxış edib. O, prezident Donald Trampı İran rejimini devirmək fürsətini əldən verməməyə çağırıb. Kruzun fikrincə, yaxın altı ayda İran, Venesuela və Kuba hökumətlərinin süqutu real görünür. Senator bu hadisə baş verərsə, Amerikanın yeni dostlar qazanacağını bildirib. "Bu baş verərsə, Berlin divarının yıxılmasından bəri ən böyük geosiyasi dəyişiklik olar" deyə o vurğulayıb.Demokrat.az xəbər verir ki, ötən həftə prezidentlə bu barədə danışdığını deyən Kruz İran rejiminin heç vaxt indiki qədər zəif olmadığını qeyd edib. O, buna səbəb kimi 2024-cü ilin iyununda İsrail ilə baş verən 12 günlük müharibədə Tehranın məğlubiyyətini göstərib. "Onlar sarsılırlar. Müharibəni uduzmağın real dünyada fəsadları var" deyən senator rejimin devrilməsi üçün hərəkətə keçməyin vacibliyinə toxunub.Ted Kruz prezidentə etirazçıları dəstəkləməyi və onları silahlandırmağı təklif edib. "Prezidentə çağırışım budur ki, fürsəti qaçırmasın. Ayətullah hakimiyyətdən kənarlaşdırılsa, Amerika daha təhlükəsiz olar" deyə o əlavə edib. Senator xatırladıb ki, İran rejimi dünyada terrorun əsas sponsorudur və yüzlərlə amerikalı hərbçinin ölümünə görə məsuliyyət daşıyır.Kruz yaxın günlərdə məhdud hərbi zərbələrin endirilməsinin mümkünlüyünü də istisna etməyib. Bununla belə o, quru qoşunlarının əməliyyatda iştirak etməyəcəyini düşünür. Digər tərəfdən Dövlət Departamentinin keçmiş rəsmisi Aaron Devid Miller Trampın gecə İrana zərbələri elan edə biləcəyini ehtimal edir. "Heç bir prezident müraciəti zamanı hərbi münaqişənin başladığını elan etməyib. Elə bu səbəbdən Tramp bunu edə bilər" deyə Miller yazıb.İslam

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
demokrat.az

1Источники