RU

“Mançester Yunayted”in qapıçısı karyerasını Türkiyədə davam etdirəcək

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Mançester Yunayted”in və Türkiyə millisinin qapıçısı Altay Bayındır bu yay “Beşiktaş”a keçəcək.

İdman.Biz bu barədə “Fanatik”ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Türkiyə klubu artıq oyunçu ilə şərtləri razılaşdırıb. Əvvəlcə 3 milyon avro maaş müzakirə olunub, lakin tərəflər sonda 2 milyon avroya razılaşıblar. “Qırmızı şeytanlar” qapıçını 5 milyon avroya satmağa razılaşıblar və o, yay transfer pəncərəsi açıldıqdan dərhal sonra yeni komandasına qoşulacaq.

Altay Bayındır bu mövsüm altı oyunda meydana çıxıb və 11 qol buraxıb. O, əvvəllər “Ankaragücü” və “Fənərbağça” kimi komandalarda oynayıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
icma.az

2Источники