Ukrayna ərazisində sülhməramlı qüvvələrin yerləşdirilməsi planlarının həyata keçirilməsi üçün Rusiya prezidenti Vladimir Putinin razılığı tələb oluna bilər.
Editor.az xəbər verir ki, bu barədə The Telegraph nəşri məlumat yayıb. Qəzetin diplomatik mənbələrə istinadən bildirdiyinə görə, “istəkli koalisiya” adlandırılan ölkələr qrupunun üzvləri qapalı müzakirələr zamanı etiraf ediblər ki, onların mümkün sülhməramlı missiyaya töhfəsi birbaşa Moskvanın mövqeyindən asılıdır.
Mənbələrin sözlərinə görə, hazırkı geosiyasi şəraitdə Rusiyanın razılığı olmadan Ukraynada beynəlxalq sülhməramlı kontingentin yerləşdirilməsi real görünmür. Bu isə Qərb ölkələrinin regionda təhlükəsizlik təminatına dair planlarının icrasında ciddi məhdudiyyətlər yaradır.
//Samir Qurbanov, Editor.az