RU

Hücum riski artdı: Ölkə hazırlığa başladı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İran mümkün risklər fonunda neft ixracını sürətləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kpler” monitorinq şirkəti məlumat yayıb. Qeyd olunub ki, 15–20 fevral tarixlərində İranın Fars körfəzində yerləşən Xarq adası üzərindən təxminən 20,1 milyon barel neft ixrac edilib.

Bu göstərici yanvarın eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur və gündəlik 3 milyon bareldən artıq həcm deməkdir. Bu isə Tehranın adi gündəlik ixrac səviyyəsini xeyli üstələyir.

Məlumata görə, oxşar dinamika əvvəlki gərginlik dövrlərində də müşahidə olunub. 2024-cü ildə regional gərginliyin artdığı mərhələdə, eləcə də 2025-ci ilin iyununda ABŞ tərəfindən mümkün hava zərbələri ehtimalı gündəmdə olarkən İran limanlarında neftin sürətlə tankerlərə yüklənməsi qeydə alınıb.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
globalinfo.az

1Источники