RU

İraqda zəncirvari qəza 13 ölü

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İraqın qərbindəki Ənbar vilayətində magistral yolda zəncirvari qəza baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, üç avtomobilin iştirakı ilə baş verən qəzada 8-i əsgər olmaqla 13 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Şahidlərin bildirdiyinə görə, qəzadan sonra baş verən yanğında avtomobillər tamamilə kül olub.

İraq Müdafiə Nazirliyi 8 əsgərin xidmət məntəqələrinə gedərkən qəza nəticəsində həlak olduğunu təsdiqləyib.

Açıqlamada həmçinin hadisə ilə bağlı araşdırma başlanıldığı vurğulanıb.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
525.az

1Источники