RU

“Kan 11”: İran uranın zənginləşdirilməsi səviyyəsini aşağı salmağa hazırdır

İran uranın zənginləşdirilməsi səviyyəsini aşağı salmağa hazırdır.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin “Kan 11” telekanalı məlumat yayıb.

İran uranın zənginləşdirilməsi səviyyəsini 2015-ci il nüvə sazişinin göstəricilərinə yaxınlaşdırmağa — 60%-dən 3,6%-ə qədər endirməyə hazır olduğunu bildirib.

Telekanal bu barədə İranın fevralın 26-da Cenevrədə keçiriləcək danışıqlarda təqdim edəcəyi təklifin bəzi detalları ilə tanış olan ərəb diplomata istinadən xəbər yayıb.

Məlumata görə, danışıqların əvvəlki mərhələlərində ABŞ “sıfır zənginləşdirmə” tələbi üzərində israr etməyib.

Bildirilir ki, rəsmi Tehran zənginləşdirmə prosesini 7 il müddətinə dayandırmağı təklif edir, lakin ABŞ tərəfi bu öhdəliyin 10 illik olmasını istəyir.

Diplomatın sözlərinə görə, İslam Respublikasının əlində olan artıq zənginləşdirilmiş uranın taleyi isə hələ də mübahisəli məsələ olaraq qalır.

Belə ki, Tehran həmin ehtiyatları ölkə xaricinə çıxarmaqdan imtina edir və yalnız zənginləşdirmə sürətini azaltmağa razıdır.

Vaşinqton isə ehtiyatların mütləq şəkildə ölkədən çıxarılmasını tələb edir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
36
interpress.az

1Источники