RU

Rusiya Dövlət Dumasında QALMAQAL: Türklərlə evlənən qadınlar TƏHQİR OLUNDU

Dövlət Dumasında türklərlə ailə quran rusiyalı qadınları “axmaq” adlandırıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiya Dövlət Dumasının Atalıq məsələləri üzrə komitəsinin sədr müavini rusiyalı qadınların türklərlə tez-tez nikaha daxil olmasını kəskin tənqid edib.

O, bu vəziyyətin səbəbini kütləvi mədəniyyətin, xüsusən də türk seriallarının zərərli təsiri ilə əlaqələndirib.

Deputatın fikrincə, Rusiyadan olan “normal” bir qız yalnız rus oğlanı ilə ailə qurmaq istəməlidir.

“Praktiki olaraq heç bir normal qız bunu etməz. Təəssüf ki, istisnalar var. Türklərlə evlənmək istəyən qadınlar bizim qadın cəmiyyətinin ən yaxşı hissəsi deyil. Normal qız Türkiyəyə getməz. Bu cür insanların beyni yerində deyil. Bu, çox güman ki, ‘türk serialları’ adlanan o cəfəngiyyatın nəticəsidir”, – deputat bildirib.

O, həmçinin əlavə edib ki, seriallarda həqiqətlər gizlədilir:

“Hansısa idiot bu seriallara baxır və oradakı türk kişilərinin nə qədər qayğıkeş olduğunu düşünür. Lakin orada həqiqəti göstərmirlər. Rusiyada yaşayan normal insanlar yadda saxlamalıdırlar ki, biz Türkiyə ilə müharibə etmişik”.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
38
interpress.az

1Источники