RU

Kubanın Sahil Mühafizəsi ilə Amerika kateri arasında atışma olub, ölənlər var

Kuba sahillərində adanın Sahil Mühafizəsi ilə ABŞ kateri arasında atışma baş verib, nəticədə dörd nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Kuba Daxili İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ bayrağı altında olan kater ada dövlətinin ərazi sularına daxil olub, bundan sonra sahil mühafizəsinin heyəti identifikasiya məqsədilə gəmiyə yaxınlaşıb.

Kuba tərəfinin bəyanatında bildirilib ki, gəminin göyərtəsindən Kuba heyətinə atəş açılıb, nəticədə Kuba gəmisinin komandiri yaralanıb. Cavab atəşi nəticəsində dörd "təcavüzkar" öldürülüb, daha altı nəfər yaralanıb və onlar tibbi yardım göstərilməsi üçün təxliyə ediliblər.

Hakimiyyət orqanları baş vermiş hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün araşdırma aparır. ABŞ tərəfi hələlik insidentlə bağlı şərh verməyib.

Избранный
30
1
far.az

2Источники