Türkiyənin İstanbul şəhərində Azərbaycan həkimlərinin Novruz Bayramı və 14 Mart Tibb Bayramı münasibəti ilə festival keçiriləcək.
Bu barədə məlumatı Newscenter.az-a Dünya Türk Qadınlar Platformasının qurucusu Günay Əliyeva verib. Bildirib ki? festival martın 14-də baş tutacaq.
Qardaş ölkədəki azərbaycanlı həkimlərin qatıldığı festivalda Azərbaycanın milli mətbəxi, milli adət-ənənəsi və milli musiqisindən nümunələr təqdim ediləcək. Festivalda Türkiyənin ictimai-siyasi xadimləri, vətəndaş cəmiyyəti nümayəndələrinin də iştirakı nəzərdə tutulur.
Süleyman