RU

Dünyanın ən ölümcül 10 virusu məlum olub: Siyahıda koronavirus yoxdur

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bəzi viruslar milyonlarla insana yoluxsa da, ölüm nisbəti aşağı olur. Lakin elə növlər var ki, yoluxan şəxslər üçün sağ qalmaq şansı çox azdır. "Naked Science" nəşri ölüm göstəricisinə, yəni xəstələnənlər arasında vəfat edənlərin payına görə ən təhlükəli 10 virusun siyahısını hazırlayıb.Demokrat.az xəbər verir ki, siyahının mütləq "lideri" quduzluq virusudur. Simptomlar üzə çıxdıqdan sonra bu xəstəlikdən ölüm ehtimalı 100 faizə yaxınlaşır. Hər il əsasən Afrika və Cənub-Şərqi Asiyada 59 minə yaxın insan quduzluqdan həyatını itirir. Bunun əsas səbəbi vaxtında peyvənd və müalicəyə əlçatanlığın olmamasıdır.Siyahıda yer alan bir neçə virus, o cümlədən Ebola, Marburq və Krım-Konqo hemorragik qızdırması daxili qanaxmalar və orqan çatışmazlığı ilə müşayiət olunur. Ebola və Marburq viruslarında ölüm səviyyəsi təxminən 50 faiz təşkil edir. Gənələr və təsərrüfat heyvanları vasitəsilə keçən Krım-Konqo qızdırması isə Avrasiya və Afrikada geniş yayılıb. Bu xəstəlikdə ölüm nisbəti 10-40 faiz arasındadır.Digər təhlükəli viruslar arasında Nipah, Luxo və MERS-CoV (Yaxın Şərq tənəffüs sindromu) xüsusi qeyd olunur. Nipah və Marburq viruslarının daşıyıcısı meyvə yarasaları, MERS virusunun əsas mənbəyi isə tək hürgüclü dəvələr hesab edilir. Quş qripi (H5N1) də yüksək risk qrupundadır. İnsanlar arasında bu virusdan ölüm göstəricisi 50 faizə çatır ki, bu da mövsumi qripdən qat-qat yüksəkdir. Yoluxma halları nadir olsa da, dünya səhiyyə qurumları bu virusu ciddi təhlükə kimi diqqətdə saxlayır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
51
demokrat.az

1Источники