RU

İrlandiya dəniz təhlükəsizliyini gücləndirmək üçün NATO ilə əməkdaşlığı genişləndirir

İrlandiya öz dəniz təhlükəsizliyini təmin etmək üçün NATO ölkələri ilə daha sıx əlaqələr qurmağa çalışır.

"Report"un məlumatına görə, bu barədə "Financial Times" (FT) ölkənin dəniz təhlükəsizliyi strategiyasına istinadən yazıb.

"Dublinin Rusiya ilə bağlı artan narahatlıqlar fonunda hazırladığı yeni strategiyası Böyük Britaniya və Fransadan hərbi dəniz yardımı istənilməsini nəzərdə tuta bilər", - nəşr bildirib.

Qeyd olunub ki, neytral İrlandiya özünün geniş dəniz zonasını qorumaq üçün Böyük Britaniya və digər NATO ölkələri ilə daha sıx əməkdaşlığa can atır, çünki Rusiya İrlandiya sularındakı həssas sualtı kabellər üzərində müşahidəni gücləndirir.

Bundan əlavə, FT yeni strategiyanın İrlandiyanın 1 iyulda başlayacaq Aİ-yə sədrliyi dövründə Böyük Britaniya və Fransaya hərbi dəniz yardımı üçün müraciət etməsi imkanını nəzərdə tutduğunu yazıb.

Strategiyada həmçinin deyilir ki, 2026-cı ilin ikinci rübündə İrlandiya "müvafiq fəaliyyətlərdə iştirak etmək üçün" Birləşmiş Ekspedisiya Qüvvələri (Joint Expeditionary Forces, JEF) ölkələri ilə "saziş bağlamağa başlayacaq".

Избранный
44
far.az

1Источники