RU

Burkina Faso və ABŞ səhiyyə sahəsində anlaşma memorandumu imzaladı

Bakı. Trend:

Burkina Faso və ABŞ səhiyyə sahəsində əməkdaşlıq haqqındaanlaşma memorandumu imzalayıblar.

Trend xəbər verirki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Beş illik müddəti əhatə edən sənəd Saheldə səhiyyə sisteminigücləndirməklə yanaşı, Burkina Fasonun yoluxucu xəstəliklərə qarşımüstəqil şəkildə cavab vermək qabiliyyətini təşviq etməyi nəzərdətutur.

Memorandum çərçivəsində Dövlət Departamenti Konqreslə birlikdəBurkina Fasonun HİV, malyariya və digər yoluxucu xəstəliklərləmübarizə səylərini dəstəkləmək, həmçinin epidemioloji nəzarəti vəepidemiyalara qarşı mübarizə imkanlarını gücləndirmək üçün 147milyon dollara qədər vəsait ayırmağı planlaşdırır. Bununmüqabilində Burkina Faso daxili səhiyyə xərclərini 107 milyondollar artırmağı öhdəsinə götürür.

Qeyd olunub ki, memorandumun icrası başa çatdıqdan sonra BurkinaFaso ABŞ tərəfindən maliyyələşdirilən səhiyyə işçilərini millisəhiyyə sisteminə inteqrasiya edəcək.

Səhiyyə strategiyasının bir hissəsi olaraq, ABŞ artıq 16 digərAfrika ölkəsi ilə oxşar memorandumlar imzalayıb.

Избранный
24
az.trend.az

1Источники